BAKI, 27 avqust — Sputnik. Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb.
Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və xanımı 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.
Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb.
Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.