Spirtli içki sevənlərə bəd xəbər

CC0 / StockSnap / vineSpirtli içki içən adam. Arxiv şəkli
Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Gündə bir qədəh şərab için, sağlam yaşayın" fikri, sadəcə əfsanədir

BAKI, 25 avgust — Sputnik. Bir çox alimlər insan orqanizmi üçün spirtli içkinin xeyirli olduğunu deyirlər. Hətta bəziləri gündə bir qədəh spirtli içki içməyin insanın bir çox xəstəliklərdən — xərçəng, infarkt və s. qorunmağına kömək etdiyini deyirlər.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, 1990-2016 illər arasında aparılan araşdırma nəticəsində bəlli olub ki, indiyə qədər spirtli içkinin faydası ilə bağlı deyilənlər yalan imiş. Belə ki, gündə bir qədəh spirtli içki qəbul etmək şəkərli diabet, xərçəng kimi xəstəliklərə tutulma riskini 0.5 faiz, 2 qədəh qəbul etmək 7 faiz, 5 qədəh isə 5 faizdən çox artırır.

Araşdırmaçı Emanuel Qakidau bildirib ki, ""Gündə bir qədəh şərab için, sağlam yaşayın" fikri, sadəcə əfsanədir".

Xəbər lenti
0