Yediyi çiy dəniz məhsulu həyatına son qoydu

Abunə olmaq
Vibriyoz diaqnozu qoyulan qadın xəstəliklə 21 gün mübarizə apardıqdan sonra ölüb

BAKI, 26 avqust — Sputnik. ABŞ-da bazardan dəniz məhsulu alan Canette Leblank adlı qadın məhsuldan yoluxduğu mikrob səbəbi ilə dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın aldığı dəniz məhsullarını çiy şəkildə yeyib. Məlumata görə, Leblank dəniz məhsulunu yedikdən 48 saat sonra vəziyyəti pisləşib və ayaqlarında yaralar yaranıb.

Vibriyoz diaqnozu qoyulan qadın xəstəliklə 21 gün mübarizə apardıqdan sonra ölüb.

Mütəxəssislərə görə, vibriyoz xəstəliyi özünü ishal, ürəkbulanma, hərarətin artması və titrətmə ilə göstərir və daha çox isti aylarda müşahidə edilir.

Çiy və ya az bişmiş dəniz məhsulları, dəniz suyunu udma da ət yeyən bakteriyanın yaranması təhlükəsini yaradır.

Xəbər lenti
0