Elxan Şahinoğlu: “Türkiyənin konkret hansı sanksiyaları tətbiq edəcəyini demək olmaz”
Türkiyə ABŞ-ın tətbiq etdiyi qanunsuz sanksiyalara qarşı cavab tədbirləri görəcək. Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ hansı dövlətə sanksiya tətbiq edirsə, həmin sanksiya ona qarşı da tətbiq olunur:
“Bu gün Çin ABŞ-ın sanksiyalarına qarşı eyni məzmunlu sanksiyalar tətbiq edir. Türkiyənin konkret hansı sanksiyaları tətbiq edəcəyini demək olmaz. Yəqin ki, ABŞ məhsullarına olan vergi rüsumu artırılacaq. Bu sanksiyaların ABŞ-a çox təsirli olacağına inanmıram. Fakt odur ki, Ağ ev rəsmiləri sanksiyaları yumşaltmayacaqlarını söyləyirlər”.
Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz