Kralın evi satışa çıxarıldı

© Photo : GWS hərrac evi“Rok-n-rol kralı” Elvis Preslinin təkərlər üzərində evi
“Rok-n-rol kralı” Elvis Preslinin təkərlər üzərində evi - Sputnik Azərbaycan
Abunə olmaq
“Rok-n-rol kralı”nın təkərlər üzərində evi hərraca çıxarılıb

BAKI, 26 avqust — Sputnik. “Rok-n-rol kralı” Elvis Preslinin təkərlər üzərində evi ABŞ-da hərraca çıxarılıb.

Hərracda evin start qiyməti 13 min dollardan başlayıb. Onlayn rejimdə keçirilən alqı-satqı “GWS Auctions” hərrac evi tərəfindən keçirilir. Qalib gələn şəxs Preslinin şəxsən özü tərəfindən 1967-ci ildə imzalanmış və notarial qaydada təsdiq olunmuş arayışı da əldə edəcək. Mülkiyyət hüququna dair həmin arayışı Elvis Presli evi alarkən hazırladıb.

Qeyd edək ki, Elvis Presli bu evi həyat yoldaşı Pritsilla ilə birgə 1967-ci ildə almışdı.

Xəbər lenti
0