Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünyanın diqqət mərkəzində olan səfərin gizlinləri...

© Photo : Bernd Von Jutrczenka/dpa via APAlmaniya kansleri Angela Merkel
Almaniya kansleri Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Merkelin Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələsi danışıqların gündəliyinin mərkəzində duracaq

Almaniya kansleri Angela Merkelin Güney Qafqaza 3 günlük səfəri başlayıb. Almaniya hökumətinin başçısı avqustun 23-də Tiflisdə, ertəsi gün İrəvanda olub, bu gün isə Bakıdadır. Avropa Birliyinin (AB) aparıcı dövlətlərindən olan Almaniyanın birinci şəxsinin Cənubi Qafqazın üç ölkəsinə səfəri təbii ki, dünyanın diqqətindədir.

Xatırladaq ki, ötən ay NATO-nun baş katibi Jens Stoltenberg alyansın Gücüstanın üzvlük niyyətini dəstəklədiyini bir daha bəyan edib, hərçənd Tiflisin NATO-ya qoşulması üçün dəqiq vaxt cədvəli göstərməyib. Bunun ardınca Rusiyanın baş naziri Dmitry Medvedev NATO-ya xəbərdarlıq edərək demişdi ki, Gürcüstanın alyansa qoşulması yeni və daha “dəhşətli” münaqişəyə səbəb ola bilər.

Трибуна с микрофоном перед Белым домом, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Suriyada bağlanan düyün: Üçüncü dünya savaşı başlayıb, yoxsa başlayacaq?

Merkel İrəvan səfərində həm də ölkənin yeni baş naziri Nikol Paşinyanla əyani tanış olmaq imkanı qazanıb. Ehtimal ki, Ermənistanda da iqtisadi və digər məsələlər müzakirə olunub. Eyni zamanda, Paşinyan Almaniya fondlarının Ermənistanda fəaliyyət göstərməsini Merkelden istəyib. 

"Reuters"in yaydığı xəbərə görə, Angela Merkelin Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələsi danışıqların gündəliyinin mərkəzində duracaq. Almaniya gələcəkdə Rusiya kimi monopolist qaz ixracatçılarından asılı vəziyyətdə qalmamaq üçün, indidən öz qaz mənbələrini şaxələndirməyə çalışır və bu səbəbdən də Azərbaycanın liderlik və sahiblik etdiyi Cənub Qaz Dəhlizi marşrutunda maraqlıdır. Bir alman məmuru da "Reuters" agentliyinə açıqlamasında elə bu fikiri səsləndirib:"Biz Cənub Qaz Dəhlizinin daha da inkişaf etdirilməsində son dərəcə maraqlıyıq. Bu, Avropa İttifaqının təkcə Rusiyadan deyil, müxtəlif regionlardan Avropaya qaz tədarükünü təmin etmək üçün şaxələndirmə strategiyasının bir hissəsidir".

Soldan sağa: ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində. Hamburq, Almaniya, 7 iyul 2017-ci il - Sputnik Azərbaycan
İtirən də bəlli, itirilən də: Durumdan "simanı itirmədən" çıxmaq mümkün olacaqmı?

Ancaq məsələ bununla da qapanmır. Almaniyanın Cənubi Qafqazdan, xüsusən də Azərbaycandan keçən logistik-magistral nəqliyyat dəhlizləri vasitəsilə İrana, Fars körfəzinə, oradan da Pakistan, Əfqanıstan və Hindistan bazarlarına çıxış əldə etmək kimi uzun vədəli, perspektiv maraqları var. Almaniya həm öz məhsullarının ixracı üçün, həm də ucuz xammal ehtiyatları əldə etmək üçün ABŞ-dan asılı olmadan, tam müstəqil surətdə öz oyununu oynamağa qərarlı kimi görünür. Angela Merkeli bu cür qeyri-ənənəvi və eyni zamanda cəsarətli addımlar atmağa vadar edən əsas şəxs də məhz ABŞ-ın hazırki lideri D.Trampdır. Amerikalı liderin bu ilin yazında əvvəlcə Kanadada keçirilən "G-7" sammitində, sonra isə NATO-nun Brüssel toplantısındakı çıxışlarında və eləcə də qısa "tvit"lərində Almaniyanı Rusiya ilə sıx iş birliyində ittiham etməsi Angela Merkeldə artıq ABŞ-la yolların ayrıldığı qənaətini möhkəmləndirdi. Merkel anlayır ki, artıq Avropa Birliyi bundan sonra müstəqil siyasət yürütməlidir və ABŞ-ın "yedəyi" rolunu oynamamalıdır.  Almaniya ABŞ-ın İranla "nüvə anlaşması"nı birtərəfli qaydada tərk etməsinə və İranla əməkdaşlıq edən Avropa şirkətlərinə və banklarına sanksiyalar tətbiq edilməsinə etiraz əlaməti olaraq İranla iqtisadi münasibətləri daha da inkişaf etdirməyə qərar verib. Merkelin bu cür uzaq məqsədli strateji planlarının həyata keçirilməsində əsas məntəqələrdən və geopolitik oyunçulardan biri də məhz Azərbaycandır. Cənubi Qaz Dəhlizi, əsasən, Cənubi Avropaya hədəflənsə də, Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. 

Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır.

Dəniz üzərindən uçan qağayı, arxiv şəkli - Sputnik Azərbaycan
"Xəzər beşliyi" doğrudanmı Xəzəri bölüşdürə bilib?!

Bu anlaşmalar təkcə siyasi deyil, eyni zamanda, iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən, Bakı səfəri qısa müddətli olsa da, region üçün əhəmiyyətli hesab oluna bilər. 

Almaniyanın Qarabağ danışıqlarında vasitəçi olmaq təklifləri də səslənir.  Bu ideyanı Bakı həmişə dəstəkləyib. Lakin Qarabağ danışıqları Rusiya-ABŞ münasibətlərindən və bu iki ölkənin Suriya, İran, Ukrayna məsələsindəki mövqelərindən daha çox asılıdır. Bu baxımdan, Merkelin və yaxud başqa bir liderin bölgəyə səfəri münaqişənin həllinə əsaslı təsir göstərməyəcək. Xatırladaq ki, həmsədrlərin sayının artırılması ATƏT-in Budapeşt sammitindən başlandı. O vaxt Rusiya ikinci həmsədr oldu. Daha sonra isə həmsədrlərin sayı üçə çatdırıldı. Prinsipcə bu proses davam etdirilə bilər. Burada əsas faktor Almaniyanın iddialarından asılıdır. Reallıq da budur ki, Merkel özündən əvvəlki alman liderlərindən daha aktivdir. Ona görə də Merkel məhz bu konteksdə Dağlıq Qarabağ probleminin həll prosesinin sürətlənməsinə təsir göstərə bilər.

Digər tərəfdən, hazırda Azərbaycan üçün əsas olan Almaniyanın bu məsələdə daha çox ərazi bütövlüyü prinsipindən çıxış etməsidir. Ona görə ki, Almaniya müxtəlif münaqişələrin həllində, onlara münasibətdə daha fəaldır və mövqeyi nəzərə alınan dövlətlərdəndir. Bu anlamda da Merkelin bölgəyə səfərinin münaqişənin həllinə müəyyən mənada töhfə verəcəyi istisna edilmir. Lakin Almaniya Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə etmək gücündə də deyil. Yəqin ki, bunu bölgəyə səfər edən Merkel özü də anlayır…

Xəbər lenti
0