BAKI, 25 avqust — Sputnik. İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində üç yaşayış binasının uçması nəticəsində azı 10 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
İnsident avqustun 25-də səhər saatlarında baş verib. Faciəyə qazanxananın partlaması səbəb olub. Hadisə nəticəsində 3 bina tamamilə dağılıb, yaxınlıqda yerləşən 15 binaya isə ciddi zərər dəyib.