Dünyanın bu bölgəsi güclü silkələndi

© Photo : Antara Foto/Ahmad Subaidi/via REUTERSİndoneziyada zəlzələ
İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ zamanı ölən və yaralananlar haqqında məlumat verilmir

BAKI, 24 avqust — Sputnik. Peruda güclü zəlzələ olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ ölkənin şimal qərbindəki Puerto Maldonado bölgəsində qeydə alınıb.

Rəsmi rəqəmlərə görə, yerin 610 kilometr dərinliyində baş verən təkanların gücü Rixter cədvəli ilə 7,1 bala çatıb.

Hələlik zəlzələ zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, son günlər dünyanın müxtəlif ölkələrində güclü zəlzələlər qeydə alınır. Mütəxəssislər bunun iyulun sonunda baş verən ay tutulması ilə bağlı ola biləcəyini istisna etmirlər.

Xəbər lenti
0