Moskvada polislərə silahlı hücumun görüntüləri yayıldı - VİDEO

© Sputnik / Evgenia Novozhenina / Fotobanka keçməkНеизвестный открыл огонь по полицейским в центре Москвы
Неизвестный открыл огонь по полицейским в центре Москвы - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Cavab atəşi ilə cinayətkar ağır yaralı halda ələ keçirilib

BAKI, 24 avqust — Sputnik. Rusiya İstintaq Komitəsi Moskvanın mərkəzində polislərə edilən hücumun görüntülərini yayımlayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, görüntülər "Youtube" sosial şəbəkəsinə yerləşdirilib.

Qeyd edək ki, ötən gün hadisə Sivtsev Vrajek küçəsində, Rusiya Xarici İşlər Nazirliyinin binasının yaxınlığında baş verib. Kabarda-Balkar Respublikasından olan 31 yaşlı Renat Kunaşyev diplomatik nümayəndəliklərin mühafizəçilərinə atəş açıb. İnsident zamanı polislərdən biri ayağından yaralanıb.

Cinayətkar cavab atəşi ilə ağır yaralı halda ələ keçirilib. Amma həkimlərin bütün səylərinə baxmayaraq, başından yaralanan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hücumun səbəbləri araşdırılır.

Xəbər lenti
0