Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 24 avqust — Sputnik. Zaqatala rayonunun Aşağı Tala kəndində bədbəxt hadisə baş verib.
© © Foto R.İsmayılovun ailə üzvləri tərəfindən təqdim olunubRəvan İsmayılov
Rəvan İsmayılov
© © Foto R.İsmayılovun ailə üzvləri tərəfindən təqdim olunub
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, kəndin Köçkün Qəsəbə sakini Rəvan Ramil oğlu İsmayılov yaxınlıqda olan gül plantasiyasına məxsus göldə çimərkən boğularaq ölüb. 14 yaşlı məktəblinin qohumlarının verdiyi məlumata görə, mərhumun cəsədi 1,5 saat suda qalıb.
Onun meyiti FHN-nin əməkdaşları tərəfindən sudan çıxarılıb. O, bu gün torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.