"Kalaşnikov" robot da yaratdı – VİDEO

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkİqoryok robotu
İqoryok robotu - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Robotun çəkisinin 4,5 ton olduğu bildirilir

BAKI, 24 avqust — Sputnik. Rusiyanın “Kalaşnikov” konserni ötən həftə istehsal etdiyi döyüş robotunu nümayiş etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, “balaca İqor” mənasını verən “İqorek” adlı robot “Kalaşnikov” avtomatlarını istehsal edən şirkət tərəfindən Moskvada bazar ertəsi nümayiş olunub.

Açıqlamada deyilir ki, robot hələlik hərəkət edə bilmir və ancaq vüqarlı şəkildə bir yerdə durur. Amma yaxın gələcəkdə onun mühəndis və döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyəti ən yüksək səviyyəyə çatdırılacaq. Hələlik heç bir əlavə funksiyası göstərilməyən robot 2019-cu ildə daha təkmil şəkildə nümayiş olunacaq.

Robotun çəkisinin 4,5 ton olduğu bildirilir.

Xəbər lenti
0