Dəhşətli qasırğa başlayır: 200 min insan təhlükə ilə üz-üzədir

© REUTERS / Stephen YangMayamidə İrma qasırğasının törətdiyi fəsadlar, 10 sentyabr 2017-ci il
Mayamidə İrma qasırğasının törətdiyi fəsadlar, 10 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Qasırğanın özü ilə gətirəcəyi güclü yağışlar daşqınlara və sürüşmələrə səbəb ola bilər

BAKI, 23 avqust — Sputnik. Havay adaları "Leyn" qasırğasını gözləyir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq onlarla sığınacaq 200 min yaxın insanı qəbul etmək üçün hazırdır. Bununla yanaşı, səlahiyyətli qurumlar hərəkəti dayandırmaq və yolları bağlamağa hazırlaşır.

Bir çox şirkətlər öz əməkdaşlarına işə gəlməmək üçün icazə də verib. 

Adanın sakinləri qasırğasının yaxınlaşmasını gözləyir. Məlumata görə, hazırda küləyin episentrdə sürəti saniyədə 67 metrdir.

Qasırğanın özü ilə gətirəcəyi güclü yağışlar daşqınlara və sürüşmələrə səbəb ola bilər. Bu səbəbdən də səlahiyyətlilər, insanları qida, su və dərman vasitələri yığmağa çağırır.

Xəbər lenti
0