Rusiyanın baş naziri ciddi zədələnib

© Sputnik / Yekaterina Shtukina / Mediabanka keçidПредседатель правительства РФ Дмитрий Медведев. Архивное фото
Председатель правительства РФ Дмитрий Медведев. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Baş nazir heç bir yerə yoxa çıxmayıb və Moskvadadır. Sadəcə tədbirlərdə iştirak etmir"

BAKI, 23 avqust — Sputnik. Avqustun 14-dən heç bir tədbirdə iştirak etməyən Rusiyanın baş naziri Dmitri Medvedev idmanla məşğul olan zaman zədələnib 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, zədə Medvedevə tədbirlərdə iştirak etməyə imkan vermir. Mətbuat xidməti departamentinin direktoru isə deyib: "Baş nazir heç bir yerə yoxa çıxmayıb və Moskvadadır. Sadəcə tədbirlərdə iştirak etmir".

Medvedevin ictimai tədbirlərə qatılmaması ilə bağlı xəbəri "Proyekt" Telegram-kanalı yayıb. Nazirlər Kabinetindəki mənbəyə istinadla yayılan məlumata əsasən, baş nazirin sıx qrafiki və vacib tədbirləri olmasına baxmayaraq, o, bunların heç birində iştirak etmir, eləcə də baş nazir məzuniyyətdə deyil. 

Mətbuat xidməti qeyd edib ki, Medveden avqustun 27-də vəzifəsinin icrasını davam edəcək.

Xəbər lenti
0