Parisdə bıçaqlı şəxs insanlara hücum etdi: Ölən və yaralananlar var

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidThe state of emergency was declared after a series of near-simultaneous gun and bomb attacks in Paris and a truck ramming in Nice claimed over 200 lives last year. It is set to expire in mid-July.
The state of emergency was declared after a series of near-simultaneous gun and bomb attacks in Paris and a truck ramming in Nice claimed over 200 lives last year. It is set to expire in mid-July. - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum edən şəxs bıçaqla qanun keşikçilərinə hücum etmək istəyəndə onlar tərəfindən zərərsizləşdirilib

BAKI, 23 avqust — Sputnik. Parisdə terror hadisəsi baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, əlində bıçaq olan naməlum kişi "Allahu Əkbər" qışqıraraq  yoldan keçənlərə hücum edib. Hadisə səhər saatlarında Trap şəhərində baş verib.

Hücum edən şəxs bıçaqla qanun keşikçilərinə hücum etmək istəyəndə onlar tərəfindən zərərsizləşdirilib. Hücum zamanı bir nəfər ölüb və iki nəfər xəsarət alıb. 

Fransa Daxili İşlər Nazirliyi hələ ki, hadisənin terror aktı kimi qeydə almaqdan imtina edir. 

Fransa mətbuatının məlumatına görə, hücum edən şəxs terrorla əlaqəsi olduğuna görə bir dəfə məhkum edilib. Ancaq bu dəfə onun qeyri-adekvat  davranışları ailə münaqişəsi kimi qeydə alına bilər.

Xəbər lenti
0