Türkiyə və Yunanıstan arasında yeni qalmaqal

© AP Photo / Costas KourtellisКатер береговой охраны Греции, Архивное фото
Катер береговой охраны Греции, Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Yunan hərbçilər türk gəmisində olan balıqçıların üstünə silah çəkiblər

BAKI, 22 avqust — Sputnik. Türkiyə və Yunanıstan arasında yeni qalmaqal yaşanır. Sputnik Azərbaycan Son Dakika-ya istinadən xəbər verir ki, bu dəfə türkiyəli balıqçılar və yunan hərbçilər arasında insident yaşanıb.

Türkiyənin Aydın şəhərindən dənizə çıxan balıqçılar Aralıq dənizində beynəlxalq sularda olarkən onlara Yunanıstan Sahil Mühafizə Xidmətinin gəmiləri yaxınlaşıb. Yunan hərbçilər türk gəmisində olan balıqçıların üstünə silah çəkiblər. Bundan sonra balıqçılar mobil telefon vasitəsi ilə olanları çəkməyə başlayıblar. Görüntülərin çəkildiyini görən yunan hərbçilər silahları endiriblər. Balıqçılar isə qadağan olunmuş bölgədə olmadıqlarını göstərmək üçün gəminin koordinatlarını göstərən cihazı da çəkiblər.

Yunan əsgərləri bir saat boyunca balıqçılara təzyiq göstəriblər. Beynəlxalq sulardan Türkiyə sularına geri qayıdan balıqçılara təzyiqlər davam edib.

Xəbər lenti
0