BAKI, 22 avqust — Sputnik. Rusiyanın Suriyada həyata keçirdiyi anti-terror əməliyyatları zamanı 86000 min terrorçunu zərərsizləşdirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, anti-terror əməliyyatları zamanı terror qruplarının 830 komandiri də zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi, həmçinin, yayımladığı məlumatda qeyd edib ki, 2015-ci ildə əməliyyatlar başlanan zamanı Suriya ərazisinin cəmi 8 faizi hökumət qüvvələrinin nəzarətində olub. Lakin Rusiya Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyatlardan sonra bu göstərici 96,5 faizə qədər yüksəlib.