Əhalisinin çoxu İslam dininə tapınan Azərbaycanda Qurban bayramı böyük coşqu ilə qeyd edilir. Bu il bayram 22-23 avqusta təsadüf edir.
Səhər tezdən Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.
QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Qurban kəsmək istəyənlər bayram namazından sonra yarmarkalara üz tutublar. Yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi təşkil edib və bayrama 1 həftə qalmış Bakıda bu yarmarkaların yerləri müəyyənləşdirilib.
Qurban bayramı İslam dininin ən müqəddəs bayramlarından biridir. Bu bayram Zülhiccə ayının 12-ci günündə qeyd edilir və 2 gün davam edir. Qurban bayramı Məkkə ziyarətinin son günündə qeyd edilir. Qurban kimi erkək qoyun və ya iribuynuzlu heyvan, eləcə də dəvə kəsilir.