Pentaqon Türkiyə ilə bağlı açıqlama verdi

© AP Photo / Charles DharapakVaşinqtonda Pentaqonun binası
Vaşinqtonda Pentaqonun binası - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon sözçüsü Rob Manninq jurnalistlərin son dövrdə baş verənlərin ABŞ-Türkiyə arasındakı münasibətlərə necə təsir etməsi ilə bağlı sualına cavab verib

BAKI, 21 avqust — Sputnik. Son dövrdə ABŞ və Türkiyə arasında gərginləşən münasibətlərə baxmayaraq, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iki ölkə arasındakı hərbi münasibətlərin iflasa uğramadığını açıqlayıb.

Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, Pentaqon sözçüsü Rob Manninq jurnalistlərin son dövrdə baş verənlərin iki ölkə arasındakı münasibətlərə necə təsir etməsi ilə bağlı sualına "Türkiyə ilə münasibətlərimizi heç bir şəkildə səngitməmişik" cavabını verib.

ABŞ, Türkiyədə ev həbsində olan rahib Branson azad edilmədiyi üçün iki türkiyəli nazirə sanksiya qərarı vermiş, Türkiyədən gətirilən polad və alüminium idxalına əlavə vergi qoymuşdu.

Türkiyənin Rusiyadan "S-400" almaq istəməsi ABŞ-da narahatlıq yaradır. Bunun üzərinə ABŞ Türkiyəyə yeni F-35-lərin satışını əngəlləmək istiqamətində bir sıra addımlar atmışdı.

Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq bir sıra Amerika məhsullarının idxal rüsumlarını kəskin qaldırıb.

Xəbər lenti
0