Türkiyəli məşhur fırıldaqçının gəlir mənbəyi açıqlandı: MDB ölkəsi də var

© Instagram / kediciklerofficialAdnan Oktarın yaxşı vaxtları, arxiv şəkli
Adnan Oktarın yaxşı vaxtları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ayda bir neçə dəfə gətirilən çantalarda hər dəfəsində 300 min dollar olduğu deyilir

BAKI, 21 avqust — Sputnik. Türkiyədə bu yaxınlarda həbs olunmuş din xadimi Adnan Oktarın təşkilatının maliyyə mənbəyi aşıqlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Oktarın təşkilatına hər ay Qazaxıstandakı şirkətdən 1 milyon dollar, Dubaydakı şirkətlərdən isə böyük miqdarda pul göndərildiyi məlum olub.

Məlumata görə, bu iki ölkədəki şirkətlərdən gələn pulun ayda bir neçə milyon olduğu müəyyən edilib. Pulların çox hissəsinin İstanbula nəğd olaraq gətirildiyi və təşkilatın burdan maliyyələşdiyi bildirilib. Ayda bir neçə dəfə gətirilən çantalarda hər dəfəsində 300 min dollar olduğu deyilir.

Xəbər lenti
0