Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Dünya inqilabı"nın liderinin baltaya tuş gəldiyi gün

© WikipediaLev Davidoviç Trotski
Lev Davidoviç Trotski - Sputnik Azərbaycan
Abunə olmaq
Lev Trotski ümumdünya sosialist inqilabının qızğın tərəfdarı olub

BAKI, 21 avqust — Sputnik. Bu gün marksist inqilabçı və nəzəriyyəçi, sovet siyasi xadimi, Qızıl Ordunun qurucusu və ilk rəhbəri Lev Davidoviç Trotskinin (əsl soyadı Bronşteyn) Meksikada qətlə yetirilməsindən 78 il ötür.

Lev Trotski (Lev Davidoviç Bronşteyn) 7 noyabr 1879-cu ildə indiki Ukraynada yəhudi ailəsində anadan olub. O, David Leontyeviç Baronşteyn (1847-1922) və  Anna Baronşteynin (1850-1910) səkkiz uşağından beşincisi idi.

9 yaşlı Lyova, Odessada Müqəddəs Pavel məktəbində oxumağa göndərilir. Trotski bioqrafiyasının müəllifi İsaac Deutscher (İzak Döytçer) yazır ki, Odessa o zamanki Rusiyanın bir çox şəhərindən fərqli olaraq, kosmopolit liman şəhəri idi. Bu mühit gənc oğlanın beynəlmiləlçi dünyagörüşünün inkişafına kömək edib. 

Köhnə Azərbaycan manatı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Manatın dövriyyəyə buraxıldığı gün

Odessadaki məktəbdən qovulan Trotski, təhsilini davam etdirmək üçün gəldiyi Nikolayev şəhərində inqilabçı fəaliyyətinə başlayır. Əvvəlcə narodniklərə qoşulur. Daha sonra isə marksizm ideologiyasını mənimsəyir. Fizika-riyaziyyat fakultəsinə qəbul olunur, ancaq bu təhsilini elə başlanğıcda atır. 1897-ci ilin başlanğıcında Cənub-Rus İşçiləri Birliyini qurmağa kömək edir. "Lyova" ləqəbini istifadə edərək siyasi vərəqələr, pamfletlər yazıb çap edir və sənaye işçiləri və inqilabçı tələbələr arasında yayır.

1896-cı ildən sosial-demokrat hərəkatına qoşulur. 1904-cü ildən bolşevik və menşeviklər birliyi fraksiyasında iştirak edir, 1905-1907-ci illərdə Petroqradda faktiki olaraq fəhlə deputatlar sovetinin lideri olur. Həmçinin professional natiq olaraq təsiredici nitqi ilə seçilir. Həmin illərdə "İzvestiya" qəzetinin, 1908-1912-ci illərdə isə "Pravda" qəzetinin redaktoru olur.

Oktyabr inqilabından sonra 1917-1918-ci illərdə sovet dövlətinin xarici məsələlərinə, 1918-1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq edir. "Qızıl Ordu"nun yaradıcılarından biridir.

Trotskinin Stalinlə hakimiyyət uğrunda mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələnir, 1927-ci ildə partiyadan çıxarılaraq Alma-Ataya göndərilir, 1929-cu ildə isə SSRİ-dən xaric edilir və sovet vətəndaşlığı əlindən alınır.

Lakin Trotski, SSRİ-dən kənarda olsa belə Stalinə, qarşı fəaliyyətini davam etdirir və Stalinin əmrilə baş tutmuş əvvəlki bir neçə uğursuz cəhddən sonra 20 avqust 1940-cı il avqustun 21-də ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada, yaşadığı mənzildə buz baltası ilə ağır yaralanaraq növbəti gün vəfat edir.

Lev Trotski ümumdünya sosialist inqilabının qızğın tərəfdarı olub.

Xəbər lenti
0