BAKI, 15 iyul — Sputnik. 1992-ci il iyulun 15-də Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy ölkənin milli valyutasının — manatın dövriyyəyə buraxılması barədə fərman verib.
Fərmana əsasən, müstəqil Azərbaycanın milli valyutası — manat 1992-ci il avqustun 15-də dövriyyəyə buraxılıb.
2006-cı il yanvarın 1-dən prezident İlham Əliyevin fərmanına əsasən, könhə manatlar yeni dizaynlı əskinaslarla (1 AZN = 5000 manat nisbətində) əvəz olunub.