Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İran vətəndaşı qaçmaq istəyib, amma...

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 21 avqust — Sputnik. Son günlərdə DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayə­sində "Şəmkir" sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 15 avqust tarixində Gürcüstan ilə dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd "XL Hotshot 8S" markalı fişəng, 1960 ədəd "Bigtragel Crarcker" pirotexniki vasitə, 35 ədəd "X-nova", 10 ədəd "Ku Fly", 20 ədəd "Etel", 10 ədəd "Odsen-6700", 10 ədəd "Kgtell" markalı mobil telefon qutuları aş­kar olunub.

18 avqust tarixində Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Res­publikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, 2018-ci ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­can Respbulikasına gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, "Access Bank"a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub.

Sərhəd pozucusunun üzərində Azər­bay­can Respublikasın­da yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd "Samsunq" markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İİR realı, 58 AZN, İİR-ə məxsusu müxtəlif 6 ədəd, AR-ə məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0