İran qərarını verdi: ABŞ olmadan davam edəcəyik, amma...

© AFP 2024 / HO / SEPAH NEWİran raketləri, arxiv şəkli
İran raketləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İran xarici işlər naziri nüvə müqaviləsinin ABŞ olmadan davam edəcəyini açıqlayıb

BAKI, 21 avqust — Sputnik. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müqaviləsinin ABŞ olmadan davam edəcəyini, ancaq, Avropa İttifaqı (Aİ) ölkələrinin daha praktik addımlar atmasının lazım olduğunu söyləyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Zərif, nüvə müqaviləsinin ABŞ olmadan da Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya ilə davam edəcəyini təkrarlayıb. O, Aİ ölkələrinin bu məsələdə daha konkret və praktik addımlar atmasının lazım olduğunu dilə gətirib.

Xəbər lenti
0