CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Astarada baş vermiş faciəvi hadisənin dəhşətli detalları məlum oldu

© Sputnik / Rahim MuradovAstaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri
Astaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri - Sputnik Azərbaycan
Abunə olmaq
“On ildən yuxarıdır mal-qara saxlayıram, ilk dəfədir belə bir hadisə başımıza gəlir”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Astaranın Şüvi kənd sakini Şaban Məmmədova 100 min manata yaxın ziyan dəyib. Ş.Məmmədova məxsus, rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən fermada 100-ə yaxın inək tələf olub. Şaban Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, 10 ildən artıqdır ki, bu işlə məşğuldur, lakin ilk dəfədir belə hadisə ilə rastlaşır: “120-dən artıq iribuynuzlu heyvanım var idi. Dünən inəkləri gənələrə qarşı dezinfeksiya etdirmək üçün dərman gətirdim. Yenə deyirəm, 10 ildən artıqdır bu işlə məşğulam, naşi deyiləm. Ayda 3 dəfə gənələrə qarşı dezinfeksiya edirik. Dünən də həmişəki kimi eyni dozada dezinfeksiya etdik və dezinfeksiyadan 15 dəqiqə sonra heyvanlar birdən vəhşiləşib ətraf ərazilərə qaçmağa başladılar və sonra kütləvi şəkildə ölməyə başladılar. 3-5 baş olmaqla hərəsi bir yerdə, təxminən 100 baş inəyim tələf oldu. Örüş sahəsində, kolluqların arasında ölənlər də var, bəziləri isə meşəyə qaçıb orada ölüblər. Rayon Baytarlıq İdarəsinə dəfələrlə zəng elədik, amma gəlmədilər. Burada sahə baytar həkimi və bir qohumumuz var o da baytar həkimidir, onlar gəlib köməklik göstərdilər. Onların köməkliyi nəticəsində mal-heyvanın 10-15-ni xilas edə bildik. Ölən inəklərin hamısının burunlarından, qulaqlarından və bağırsaqlarından qan axıb. Baytarlıq idarəsindən bizə dərmanın dozasının artıq istifadə etdiyimizi dedilər”. 

© Sputnik / Rahim MuradovFermer Şaban Məmmədov
Fermer Şaban Məmmədov - Sputnik Azərbaycan
Fermer Şaban Məmmədov

Şaban Məmmədov  fermasında olan inəklərin çimdirilməsi-dezinfeksiya edilməsi üçün Rayon Baytarlıq İdarəsindən onlara texnika verilmədiyini dedi. Onun sözlərinə görə, onlar özlərinin köhnə traktorlarından istifadə edirlər: “Baytarlıqdan dezinfeksiya üçün texnika istəyəndə bizə texnikalarının olmadığını dedilər. Ona görə də özümü SSRİ istehsalı olan köhnə T-16 traktoruna kustar üsulla quraşdırılmış dezinfeksiya aparatından istifadə edərək mal-heyvanımızı çimdiririk”.  Fermer onu da bildirdi ki, Baytarlıq İdarəsinin baş həkimi dünən ona zəng edərək təcili şəkildə xəndək qazdıraraq inəkləri basdırmağı tapşırıb. Bu gün isə KİV nümayəndəsinin əraziyə gəlməsi haqda eşitdikdə heyvanlardan nümunə götürüb laboratoriyaya göndəriləcəyini deyib. 

“Əgər nümunə götürülməli idisə dünən heyvanlar can verən anda götürülməli idi, bu gün artıq biz inəklərin nədən öldüyünü bilərdik.”

© Sputnik / Rahim MuradovAstaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri
Astaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri - Sputnik Azərbaycan
1/5
Astaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri
© Sputnik / Rahim MuradovAstaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri
Astaranın Ərçivan kəndindəki otlaq sahədə inək cəsədləri - Sputnik Azərbaycan
2/5

3/5

4/5

5/5

Ş.Məmmədovun fermansına yaxın ərazidə yaşayan Ərçivan qəsəbə sakini Adil Bəstiyev isə deyir ki, heyvanlara nə qədər yardım etsələr də xeyri olmayıb: “3 gün öncə də qonşu kənddə bir fermer də öz inəklərini yuyub dezinfeksiya edib. Onun da 12 baş inəyi ölüb”.  Fermerlərin başına gələn bu məsələ ilə bağlı Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundova müraciət etdik. İdarə rəisi Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdi ki, ötən gün saat 16:00 radələrində sözügedən təsərrüfatda heyvanların kütləvi qırıldığını onlara bildirilib: “ Biz də tez bir zamanda idarədə olan həkimləri və təsərrüfata yaxın sahə həkimlərini cəlb etdik. Gələndən sonra təsərrüfat ərazisində pərakəndə şəkildə kütləvi formada inəklərin tələf olduğunu gördük, təxminən 20-25 baş sağ qalmış heyvanlarda da zəhərlənmə əlamətlərini aşlar etdik. Topladığımız analiz materiallarından məlum oldu ki, 20 avqust tarixində təsərrüfat sahibi tərəfindən, baytar həkiminin iştirakı olmaan heyvanlarda çimdirmə-dezinfeksiya işləri aparılıb. Çimdirmə aparılarkən, 60%-lik diozolin tərkibli “Diacidol” və “Kreolin” dərman vasitələrindən istifadə edilib. Dərman vasitələrindən istifadə edilərkən doza həddi təqribən 2 dəfə artıq olub və heyvanlarda zəhərlənmə baş verib.  Dərman vasitələrinin üstündəki təlimatda qeyd olunub ki, 1 litr suya 1 qram dərman qatılmalıdır. Yəni, 1 ton suya 1 litr Diozoloin (Diacidol) qatılmalıdır. Təsərrüfat sahibi isə həmin məhlula 2 litr də “Kreolin” dərmanını qatıb. Beləliklə də dərmanın tərkibi 2 qat gücləndirilib”. 

Aparılan müşahidələrdən isə müəyyən oldu ki, həm diri, həm də ölü mal-heyvanın üzərində gənələr qalıb, ölməyiblər. Əgər bu tərkib ikiqatdırsa və bu dezinfeksiya gənələrə qarşı aparılıbsa, nəyə görə gənələr deyil, inəklər ölüblər?

“Biz ölmüş heyvanlardan nümunlər götürmüşük və Regional Laboratoriyaya müayinə üçün göndəriləcək”.  Fermerlərə texnika sarıdan nəyə görə kömək edilmədiyini soruşduqda isə Mübariz Axundov belə cavablandırdı. 

“Məsələ burasındadır ki, heyvanların çimdirilmə-dezinfeksiya edilməsi üçün hər bir fermer Baytarlıq İdarəsi ilə müqavilə bağlamalıdır. Müqavilədən sonra biz yerlərə gedib bütün işləri görə bilərik”. 

İndi görünən odur ki, hər iki tərəf biri-birini qarşılıqlı günahlandırsa da, kütləvi ziyan məhz fermerə dəyib. Hazırda Şaban Məmmədov ölmüş inəkləri dezinfeksiya edərək basdırılması işlərini aparır. İnəklərin kütləvi tələf olmasının səbəbi laboratoriyadan gələn analiz cavablarından sonra dəqiq bilinəcək.

Xəbər lenti
0