BAKI, 21 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqlarının ləğv edilməsi istiqamətində iş aparır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
"Hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var. Onları elə yerdə təşkil etmək istəyirik ki, hərəkətə mane olmasın".