BAKI, 21 avqust — Sputnik. Ankaradakı ABŞ səfirliyinə hücum edənlərin fotoları yayımlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən səhər saatlarına ABŞ səfirliyinə hücum edən şübhələlilər polis tərəfindən saxlanılıb. Bu gün isə onları fotoları yayılıb.
Hadisədən saatlar sonra Ankara Valiliyi açıqlama verib. Açıqlama da hücum zamanı dəmir qapıya və şüşəyə 3 güllə dəydiyi qeyd edilib.
Hücum edən şəxslərin Ahmet Çelikten və Osman Gündaş olduğu müəyəyn edilib. Onlar hadisə zamanı 06 BDP 502 dövlət nömrə nişanlı avtomobillə olublar. Şübhəlilər saxlandıqdan sonra cinayəti birgə törətdiklərini etiraf ediblər.
Qeyd edək ki, cinayətkarlardan biri Ahmet Çelikten 1979-cu ildə Ankarada dünyaya gəlib. O "sığortalının məsuliyyətlərini yerinə yetirməmək" maddəsi ilə axtarışdadır. Digər şəxs Osman Gündaş da Ankarada dünyaya gəlib. O, yaralama, narkotik, hədə-qorxu gəlmə, avtomobil oğurluğu, qəsdən yaralama maddələri ilə axtarışda olub.