BAKI, 20 avqust — Sputnik. Bakıya 70 ədəd son model "Mercedes" markalı avtomobil gətirilib.
Sputnik Azərbaycan avtosfer.az-a istinadən xəbər verir ki, bu maşınlar Bakı şəhərində xidmət aparan yol polislərinə veriləcək. Bakıda hazırda mövcud "BMW"lər isə regionlara göndəriləcək. Regionlarda istismar müddəti bitmiş avtomobillər isə satışa çıxarılacaq.
Qeyd edək ki, bu, xidmət keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir.