BAKI, 20 avqust — Sputnik. Ermənistanda keçmiş prezident Robert Köçəryanın evində və ofisində axtarış həyata keçirilib.
Sputnik Ermənistan-ın verdiyi məlumata görə, Xüsusi İstintaq Xidməti axtarışların 2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrlə əlaqədar aparıldığını bildirib.
Axtarışların konkret hansı tarixdə aparıldığı və hansı nəticəni verdiyi deyilmir.
Xatırladaq ki, 2008-ci il martın 1-də Yerevanda polis Serj Sarqsyanın prezident seçilməsinə etiraz edən aksiyanı dağıdıb. Nəticədə 10 nəfər həlak olub.