CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində bankların iş rejimi məlum oldu

© AFP 2023 / DAMIEN MEYER Kredit kartları, arxiv şəkli
Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək

BAKI, 20 avqust — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsinə əsasən, Qurban bayramı ilə əlaqədar 22 və 23 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. 

Bu barədə Sputnik Azərbaycan MBNP-ya istinadən məlumat verir.

Məlumata görə, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək. 

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sualla bağlı yaradılmış qaynar xəttə müraciət edilə bilər.

Xəbər lenti
0