BAKI, 20 avqust — Sputnik. Ağdaş rayonunun Hüşün kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində keçinib.
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, 2001-ci il təvəllüdlü Məmmədov İsfəndiyar Vüqar oğlunu elektirik cərəyanı vuraraq öldürüb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.