"Qanuni oğru"lar toplandılar: Rusiya kriminalının yeni "xaç atası" seçildi

© Photo : PrimecrimeОлег Шишканов
Олег Шишканов - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın "1 nömrəli qanuni oğrusu" adı kriminal aləmdə "Şişkan" kimi məşhur olan Oleq Şişkanova verilib

BAKI, 19 avqust — Sputnik. Moskvada "qanuni oğrular"ın son illərin ən böyük toplantısı keçirilib. Sputnik Azərbaycan Rosbalt agentliyinə istinadla xəbər verir ki, toplantıda ölkənin əsas "oğrusunu" seçiblər.

Görüş "qanuni oğru" Mixail Voyevodin (Mixail Lujnetskiy) tərəfindən təşkil edilib və Lujnikidə onun nəzarətindəki elitar restoranlardan birində baş tutub. Görüşə ölkənin ən nüfuzlu 10 "oğrusu" toplaşıb. Rusiyanın "1 nömrəli qanuni oğrusu" adı kriminal aləmdə "Şişkan" kimi məşhur olan Oleq Şişkanova verilib.

Agentlik qeyd edir ki, kriminal aləmdə "Gənc Şakro" ləqəbi ilə məşhur olan Zaxariy Kalaşnikova məhkəmə tərəfindən xüsusi ciddi rejimli 9 il 10 ay həbs cəzası verildikdən sonra mafiyanın "xaç atası"nı seçmək ehtiyacı yaranıb. Məhkəmə Kalaşovu bəzi cinayətlərdə günahkar bilib, eləcə də 2013-cü ildə Aslan Usoyanın (Ded Hasan) öldürülməsindən sonra onun kriminal aləmin əsas siması olduğunu təsdiq edib.

Şişkanovun seçilməsinə qədər "oğru taxtına" "Taro" ləqəbli Tariel Muluxov (Oniani) iddia edirdi. Amma avqust ayında məlum olub ki, onu Rusiyadan ömürlük çıxarmağa hazırlaşırlar. Hazırda "Taro" Sol-İletskdəki xüsusi rejimli "Qara delfin" təcridxanasında saxlanılır.

Xəbər lenti
0