CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranskinin qardaşı kriminal avtoritetlə nəyi müzakirə edib? - FOTO

© Photo : Şeyx Həmzət Qastemirovun sosial şəbəkədə paylaşımıNamiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla
Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla - Sputnik Azərbaycan
Abunə olmaq
Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu işdə öldürülmüş kriminal avtoritetin qardaşına dəstək vəd etmişdi

BAKI, 19 avqust — Sputnik. 2016-cı ildə qətlə yetirilmiş azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qarşdaşı Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla görüşüb.

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, baş tutmuş görüşü əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu işdə öldürülmüş kriminal avtoritetin qardaşına dəstək vəd etmişdi.

© Photo : Şeyx Həmzət Qastemirovun sosial şəbəkədə paylaşımıNamiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla
Lənkəranskinin qardaşı kriminal avtoritetlə nəyi müzakirə edib? - FOTO - Sputnik Azərbaycan
Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev bir müddət əvvəl İstanbuda saxlanılmışdı.

KİV-in məlumatına görə, bir müddət həbsdə qalan Canıyev bu vaxt ərzində işdən azad olunub.

N.Canıyevin qardaşı R. Lənkəranskinin qətlində ittiham etdiyi digər azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qəsd üçün İstanbulda toplaşdığı bildirilirdi.

Xəbər lenti
0