BAKI, 19 avqust — Sputnik. İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri dövlət televiziyasında çıxışı zamanı İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi deyib.
Çıxışında aktual mövzulara toxunan nazir qonşu ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu bildirib. O qeyd edib ki, bu əlaqələr səmimiyyət üzərində qurulub.
"Səmimiyyət üzərində qurulduğu üçün də bu əlaqələr daim inkişafda olacaq" — deyə iranlı nazir əlavə edib.