ABŞ tarixinin ən maraqlı və qalmaqallı prezidentlərindən biri

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidЭкс-президент США Билл Клинтон
Экс-президент США Билл Клинтон - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001) Bill Klinton (Uilyam Cefferson Klinton) 1946-cı il avqustun 19-da Arkanzas ştatında anadan olub

BAKI, 19 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001) Bill Klinton (Uilyam Cefferson Klinton) 1946-cı il avqustun 19-da Arkanzas ştatında anadan olub.

O, Franklin Delano Ruzveltdən sonra Demokrat Partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. 1992-ci ildə Klinton o vaxtkı prezident ata Corc Buşa qalib gəldi. 1996-cı ildə isə senator Robert Doulu məğlub edir. Bill Klinton prezident olmamışdan 12 il Arkanzas ştatının qubernatoru olub.

ABŞ-ın seçilmiş prezidenti Donald Trampı yamsılayan adam bikinili modellərlə. Quruluşçu – Elison Cekson - Sputnik Azərbaycan
ABŞ prezidenti ilə bağlı sensasiyalı fotolar üzə çıxdı

Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər və parlaq iqtisadi dövrlərindən birini yaşayıb. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil edib. Məhz Klintonun dövründə işsizlik ABŞ-da ən aşağı səviyyəyə düşüb, həmçinin ölkə yüksək texnologiyalar sahəsində Yaponiyanı ötərək dünya liderinə çevrilib. Xarici siyasətdə uğursuzluq kimi Somalidə geniş beynəlxalq sülhməramlı əməliyyatlara başlamaq təşəbbüsünün iflasını göstərmək olar. Uğurlar sırasında isə Kosovonun müstəqilliyi və NATO-nun dördüncü genişlənməsi qeyd oluna bilər. Klinton hökuməti doğumun məhdudlaşdıılması layihəsinə də ciddi dəstək verib, lakin bu layihənin qarşısı Vatikan tərəfindən alınıb. 

1998-ci ildə mətbuatda Bill Klintonun Ağ Evdə təcrübəçi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. Bu qalmaqal Demokratlar partiyasının nüfuzuna pis təsir etdi. 2000-ci ildə Demokratlar partiyasının namizədi Albert Qorun respublikaçı Corc Buşa məğlubiyətinin əsas səbəblərindən biri də bu oldu. Albert Qor Bill Klintonun prezidentliyi dövründə ABŞ-ın vitse-prezidenti olub.

Bill Klinton prezidentlikdən sonra da fəal ictimai-siyasi həyat sürür. O Üçtərəfli komissiyanın üzvüdür. Bill Klinton ürəklə bağlı problemlərinə görə vegeterian olub.

Xəbər lenti
0