CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan səmasında UNO görünüb?

© AFP 2024 / HO / ESA Ulduzlu səma
Ulduzlu səma - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan səmasında uçan naməlum obyekt (UNO) görünüb və bu məlumat gizli saxlanıb

BAKI, 19 avqust — Sputnik. Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx iddia edir ki, Azərbaycan əraizisində xidmətdə olarkən nəhəng ölçüdə naməlum obyekt görünüb.

Sputnik Azərbaycan virtualaz.org-a istinadla xəbər verir ki, jurnalistlə söhbətində Vasili Kuzminıx ötən əsrin 80-ci illərindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan SSR-in ərazisində əks-kəşfiyyatda xidmət edib. Həmin zaman Azərbaycan səmasında uçan naməlum obyekt (UNO) görünüb və bu məlumat gizli saxlanıb.

Hillari Klinton - Sputnik Azərbaycan
Prezidentliyə namizəd UNO-ları araşdıracağına söz verdi

"Azərbaycanda xidmət edərkən mən UNO gördüm. Bizim hissənin üstündən obyekt keçdi. Onun diametri… Təyyarəçilər müxtəlif rəqəmlər səsləndirirdilər. Həmin vaxt paralel kurslarda uçan pilotlar onu uzaqdan görmüşdülər, deyirdilər ki, diametri 800 metrə yaxındır. Amma yaxınlıqdan uçanlar bildirirdilər ki, stadion boydadır, hardasa 80 metr. Sadəcə qaz işığına bənzəyən mavi rəngli şar.

O, saatda 700 kilometr sürətlə hərəkət edirdi. Bizimlə eyni hündürlükdə. O vaxt buna izahat tapa bilmədik. Belə nəticəyə gəldim ki, bu, bizim biliklərimizdən kənarda qalan bir şeydir. Yeri gəlmişkən, təyyarəçilər bildirirdiklər ki, həmin vaxt havada turbulentlik yox idi, yəni aydın məsələdir: obyektin təbiəti "bizimki" deyildi.

Yadımdadır, məndən bu hadisə ilə bağlı bütün sənədləri alandan sonra rəhbərim dedi: "İndi bu kağız-kuğuza görə mən nə nəticəyə gəlməliyəm və hansı raportu yazmalıyam? Qısası, bunların hamısını cırıram! Bəsdir, boş-boş işlərlə məşğul oldunuz! Get, casus axtar" — Kuzminıx deyib.

Xəbər lenti
0