Dəhşətli faciənin qurbanlarının sayı yenə artdı

© REUTERS / Massimo Pincaİtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması
İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması - Sputnik Azərbaycan
Abunə olmaq
Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları - olan avtomobil tapılıb

BAKI, 18 avqust — Sputnik. Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.

Dağıntılar altında içində bir ailə — ata, ana və 9 yaşlı oğulları — olan avtomobil tapılıb.

Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.

Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.

Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.

Xəbər lenti
0