Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ - Çin qarşıdurması dünyanı hara aparır – ekspert şərhi

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər

Natiq Cəfərli: “ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır”
Çin hakimiyyəti ABŞ-a ticarət sazişinin bağlanması üçün əlverişli şərait təklif edə bilməyib. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar: 

“Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalağavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.

Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, Çin ilə ticarətdə defisit onun xoşuna gəlmir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0