CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soyqırımı törədən şəxslə indi prokurorluq maraqlanacaq

© pixabay / dootdorinПень, фото из архива
Пень, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib

BAKI, 17 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Xaçmaz rayon sakini Nazim Abasov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və təbiətə 2470 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0