Trampdan növbəti təhdidlər yağdı

© REUTERS / Leah MillisABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı rahib Endryu Bransonun ev həbsindən buraxılma tələbi Türkiyədə 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən rədd edilib

BAKI, 17 avqust — Sputnik. FETÖ və PKK ilə bağlı cinayət işində adı hallanaraq həbs olunan Endryu Bransonla bağlı rəsmi Vaşinqtondan Türkiyəyə təhdid dolu mesaj və "tweet"lər gəlməyə davam edir.

Belə ki, ABŞ prezidenti Donald Tramp Bakı vaxtı ilə 03:30-da "Twitter" üzərindən Türkiyəyə mesajlar göndərib. Tramp rahib Endryu Bransonun həbsdə qalması münasibəti ilə Türkiyə ilə münasibətlərin daha da məhdudlaşdırılacağını bildirib.

"Türkiyə uzun müddət Birləşmiş Ştatlardan yararlandı. İndi isə ölkəmizi sevən və möhtəşəm rahib olan bir şəxsi həbs ediblər. Məsum bir şəxsin azad olunması üçün heç bir şey ödəməyəcəyik. Türkiyə ilə münasibətləri məhdudlaşdırırıq", — deyə Tramp yazıb. 

Amerikalı rahib Andryu Branson - Sputnik Azərbaycan
Rahib yenə həbsdə qaldı, vəziyyət gərginləşə bilər

Qeyd edək ki, ötən gün amerikalı rahib Endryu Bransonun ev həbsindən buraxılma tələbi Türkiyədə 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən rədd edilib.

Bunu rahib Bransonun vəkilləri bildirib.

Vəkillər qeyd ediblər ki, rahibin azad edilməsi ilə bağlı keçirilən ikinci etiraz da məhkəmə tərəfindən rədd edilib. Etiraz tələbi daha yüksək instansiya olan 3-cü Ağır Cəza Məhkəməsinə göndərilib.

Beləliklə, 2-ci Ağır Cəza Məhkəməsi Bransonın ev həbsinin davamına qərar verib.

Xatırladaq ki, amerikalı rahib Endryu Branson "terror təşkilatları PKK və FETO üçün cinayət törətmək və dövlətin təhlükəsizliyi baxımından gizli qalması tələb edilən məlumatları siyasi və hərbi cəsusluq məqsədilə ilə öyrənmək" ittihamı ilə 35 ilə qədər azadlıqdan məhrum edilməsi tələbi ilə həbs edilib. Sağlamlıq problemlərinə görə həbsxanadan çıxarılaraq ev həbsinə alınıb.

Xəbər lenti
0