CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumunun rəhbəri Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət etdi

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaşlar heyvanlarda özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirləri aparmamalıdır"

BAKI, 17 avqust — Sputnik. "Baytarlıq xidməti olaraq vəzifəmiz respublika ərazisində heyvanlar və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı mübarizə aparmaq və heyvanların müalicəsini həyata keçirtməkdən ibarətdir". Bu sözləri Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev deyib.

O, bildirib ki, hazırda qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. Bu xəstəliklərə qarşı mübarizə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

Onun sözlərinə görə, vətəndaşlar heyvanlarda özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirləri aparmamalıdır: "Eyni zamanda iri heyvandarlıq təsərrüfat sahibləri daim heyvanların saxlanıldığı və gəzdirildiyi yerləri profilaktiki dezinfeksiya etdirsinlər".

B. Rzayev Qurban bayramı ilə də əlaqədar vətəndaşlara müraciət edib. O qeyd edib ki,vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır.

Rzayev həmçinin qeyd eidb ki, fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplamalıdır: "Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Əhaliyə, təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır. Çünki sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. Heyvanların sağlam olması üçün isə ilk növbədə heyvanların infeksion xəstəliklərdən qorunması və onlara qarşı mübarizə tədbirlərinin aparılması vacibdir".

Xəbər lenti
0