BAKI, 17 avqust — Sputnik. "Google" şirkəti istifadəçilərin "yerləşmə tarixçəsi"nin tənzimləmələrinin söndürülmüş rejimdə belə işlədiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Daha əvvəl "AP" agentliyi bəyan edib ki, "Google" şirkətinə məxsus bəzi proqramlar istifadəçinin xidmət servislərini söndürməsinə baxmayaraq, istifadəçinin yerini saxlayır.
Qeyd edək ki, ötən gün "Google" şirkəti yaydığı məlumatda bildirib ki, bu funksiyanın tənzimləmələri qurğunun digər servislərinin iş funksiyasına təsir etmir. İstifadəçinin yeri barədə məlumatlar "search" və ya "Maps" xidmətləri daxil olmaqla digər servislər də saxlanılır.
Daha əvvəl isə "Google" şirkəti bu funksiyasının istifadəçilərin yerini izləmədiyini bildirirdi.