ELM

Dövlət qulluğuna qəbul imtahanının tarixi məlum oldu

© Photo : REPORTMüəllimlərin imtahanı
Müəllimlərin imtahanı - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 250, BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib

BAKI, 17 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 avqust 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində keçiriləcəkdir. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 250, BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov - Sputnik Azərbaycan
ELM
DİM-lə ekspert arasında qalmaqal böyüyür

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

— şəxsiyyəti təsdiq edən sənədin əsli;

— "İmtahana buraxılış vərəqəsi";

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Xəbər lenti
0