Pakistan yeni baş nazirini seçdi

© Photo : National Assembly Handout via REUTERSİmran Xan
İmran Xan - Sputnik Azərbaycan
Abunə olmaq
Partiya ölkə parlamentində 272 yerdən 115-ni qazanıb

BAKI, 17 avqust — Sputnik. Pakistan Milli Assambleyasının (Parlamentin Aşağı Palatası) bu gün keçirilən səsvermə zamanı "Ədalət naminə hərakat"ın rəhbəri İmran Xanıölkənin yeni başç naziri seçib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən 65 yaşlı Xanın namizədliyini 176 deputat dəstəkləyib. Onun əsas rəqibi – sabiq hakim partiya "Pakistan müsəlman liqası"ının rəhbəri Şahbaz Şərif isə 96 səs toplayıb.

Pakistanda keçirilmiş parlament seçkilərində İmran Xanın başçılıq etdiyi "Ədalət naminə hərəkat" partiyası qalib gəlib.

Məlumata görə, partiya ölkə parlamentində 272 yerdən 115-ni qazanıb.

Pakistanın Milli Məclisinə (parlamentin aşağı palatası) daxil olan 342 deputatdan 272-si gizli səsvermə yolu ilə seçilir. Digər yerlər isə qadınlara və dini azlıqlara verilir. Hökuməti formalaşdırmaq üçün 130 yerə nəzarət etmək lazımdır. Bundan sonra partiya digər partiyalarla ittifaqa girərək koalisiya yaradıb.

Qeyd edək ki, seçkilər keçirilən gün Kvetta şəhərində törədilmiş partlayış nəticəsində 31 nəfər həlak olmuşdur.

Xəbər lenti
0