CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polislər Astarada "ailə biznesi"nin qarşısını alıblar

© Sputnik / Rahim MuradovXaliq və Habil Yusifovlar
Xaliq və Habil Yusifovlar - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı uğurlu əməliyyat keçirib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, Astara RPŞ-yə rayonun Şiyəkəran kənd sakinləri Habil Yusifov və onun oğlu Xaliq Yusifovun İran İslam Respublikası ərazisindən külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirib satışı ilə məşğul olmaları haqda məlumat daxil olub.

© Sputnik / Rahim MuradovYusifovların içindən çıxarılaraq paketlənmiş narkotik vasitə olan heroin
Yusifovların içindən çıxarılaraq paketlənmiş narkotik vasitə olan heroin - Sputnik Azərbaycan
Yusifovların içindən çıxarılaraq paketlənmiş narkotik vasitə olan heroin

Dərhal keçirilən əməliyyat tədbirləri nəticəsində Habil Yusofov və oğlu Xaliq Yusifov Astara Gömrük Keçid Məntəqəsindən keçdikdən sonra Astara şəhərinin Azərbaycan küçəsində saxlanılıb. Həkim briqadası ilə birgə keçirilən baxış zamanı saxlanılan H.Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla keçirib gətirdikləri 2 bükümdə, ümumi çəkisi 50 qram narkotik vasitə olan heroin və 1 bükümdə 11 ədəd metadon dərman pereparatı aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0