Lukaşenkonun işdən azad etdiyi nazirlər hələ də vəzifədədirlər

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidBelarusiya prezidenti Aleksandr Lukaşenko
Belarusiya prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 14-də Lukaşenko hökümətin işindın narazı qaldığını dilə gətirərək iki nazirin vəzifədən uzaqlaşdırlacağını qeyd etmişdi

BAKI, 16 avgust — Sputnik. Lukaşenkonun təhdidlərinin yalan olması məlum olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Belarusiya prezidenti Lukaşenkonun onları işdən azad etməsinə baxmayaraq sənaye naziri Vitali Vovk və memarlıq və tikinti naziri Anatoli Çernıy vəzifələrində işlərini davam etdirirlər.

Belə ki, Memarlıq və İnkişaf Nazirliyindən Anatoly Çernıyın vəzifəsində olduğu və işə gəlməkdə davam etdiyi bildirilib: "Hələ ki, nazir işləyir. Biz onun işdən azad edilməsi barədə heç bir sənəd görməmişik".

Vitali Vovk da vəziyyəti şərh edib: "Mən işdəyəm. İşdən azad edilmə və yeni təyinat haqqında hələ ki, heç bir sənəd yoxdur".

Qeyd edək ki, Orşanın rayon icraiyyə komitəsinin sədri Aleksandr Poznyak da vəzifəsindən işdən azad edilib. Onun da işdən azad edilməsini Lukaşenko tələb etmişdi. İndi onun vəzifəsini müavini Sergey Pats icra edir.

Nazirlərin vəzifədə qalması barədə məlumatlar bu nazirliklərin saytında yer alıb.

Xatırladaq ki, avqustun 14-də Lukaşenko hökümətin işindın narazı qaldığını dilə gətirərək iki nazirin vəzifədən uzaqlaşdırlacağını qeyd etmişdi. Lukaşenko sənaye naziri Vovkun işindən xüsusilə narazı qalmışdı.

Xəbər lenti
0