CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik avtobus dayanacağını "azadlığa" çıxardı

© Photo : BNA mətbuat xidmətiXətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb
Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək

BAKI, 16 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır.

© Photo : BNA mətbuat xidmətiXətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb
Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb  - Sputnik Azərbaycan
Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb

Qeyd edək ki, əhaliyə rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini təmin etmək Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək.

Xatırladaq ki, Bakının Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafı zəbt edilmişdi. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, baxış nəticəsində müəyyən edilmişdi ki, məlum olmayan səbəbdən dayanacağın ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Bununla da sərnişinlərin ora daxil olması təhlükəli hal alıb.

Xəbər lenti
0