CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biganə həyat tərzi – Öz əlimizlə özümüzü niyə zəhərləyirik?

© Sputnik / Irade JELILSahildəki zibillik
Sahildəki zibillik - Sputnik Azərbaycan
Abunə olmaq
Çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib

BAKI, 15 avqust — Sputnik. "Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər kimi xarakterizə edilir". Bu sözləri Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov deyib.

O bildirib ki, vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır.

"Təəssüflə qeyd etmək istərdik ki, 12 avqust "Xəzər günü" ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə bir daha aydın oldu ki, vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji təmizliyə riayət etmirlər. Aparılan müşahidələr onu deməyə əsas verir ki, iməcilik keçirilən ərazinin, demək olar ki, 99%-i vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib" – deyə F.Mütəllimov qeyd edib.

Bakıda çimərlik - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət qurumundan çimərlik xəbərdarlığı gəldi

Onun sözlərinə görə, cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik mövcuddur ki, bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.

Mütəllimov qeyd edib ki, sahil zonasında fəaliyyət göstərən müəssisələrə və digər çirkləndirici subyektlərə isə davamlı olaraq xəbərdarlıqlar edilir, fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulur: "Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması, gəmilərin istismarı prosesinin standartlara uyğun qurulması, tullantıların təhvili-təslimi zamanı şəffaflığın təmin olunması, utilizasiya prosesinin düzgün təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət aparılır, birgə reydlər keçirilir. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilir".

© © KarikaturaBura Hövsandır
Bura Hövsandır - Sputnik Azərbaycan
Bura Hövsandır

Mütəllimovun sözlərinə görə, çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib. Bəzi obyektlərdə, məsələn, "Matros" və "Həyat" istirahət mərkəzlərində məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə olunmadığı müəyyən edilib. Qeyd edək ki, verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması qərara alınıb.

Xəbər lenti
0