BAKI, 15 avqust — Sputnik. "Aslan Neferler Tim" haker qrupu Amerikanın Federal Bankının internet saytını dağıdıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, istifadəçilər bankın americanfederalbank.com internet ünvanına saatlarla daxil ola bilməyib.
Xatırladaq ki, hakerlər qrupu ötən günlərdə ABŞ prezidenti Trampa aid “Tramp Turnberyy” və “Tramp Miami” şirkətlərinin saytlarını dağıtmışdı.