BAKI, 15 avqust — Sputnik. Türkiyə, Rusiya və İran rəhbərlərinin Suriya böhranı ilə bağlı üçtərəfli görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, görüşün sentyabr ayında Tehranda keçiriləcəyi gözlənilir.
Məlumata görə, görüş barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahım Kalın bildirib. O, görüşün sentyabrın ilk həftəsinə planlaşdırıldığını qeyd edib.