Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Elə yatdı ki, dünyadan xəbəri olmadı, 230 baş qoyununu apardılar

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
Abunə olmaq
Kürdəmirdə sahibinin burnunun dibindən 230 baş xırdabuynuzlu heyvanı oğurlayıblar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Kürdəmirdə sahibinin burnunun dibindən 230 baş xırdabuynuzlu heyvanı oğurlayıblar. İstintaq külli miqdarda ziyan vurmaqla törədilən oğurluqla bağlı cinayət işinin açılması ilə tamamlanıb. Bu barədə Sputnik Azərbaycan-a Kürdəmir rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Oğurluq işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib. İşin materiallarına görə, oğurluq iyunun 25-də gecə vaxtı rayonun Karrar kəndində baş verib. Üç kişi yük maşınını yerli sakinin fermer təsərrüfatına yaxınlaşdıraraq, oradan 230 baş xırdabuynuzlu heyvanı yükləyiblər. Qoyunların sahibi o qədər bərk yatıb ki, yük avtomobilinin səsini belə, eşitməyib. Səhər yuxudan oyanandan sonra isə oğurluqdan xəbər tutub.

Araşdırma zamanı Kürdəmir RPİ-nin əməkdaşları cinayətin izinə düşüblər və şübhəli şəxsləri saxlayıblar. Məlum olub ki, oğrular oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə əlaqədar əvvəllər məhkum olunmuş şəxslərdir: 1989-cu il təvəllüdlü Bərdə rayon sakini Fariz İbrahimov və yerli sakinlər Əvəz Qurbanovla Zəka Ramazanov. Yeri gəlmişkən, oğruları fermer təsərrüfatına sonuncu şəxs yönəldib.

Polis sözügedən üçlüyü saxlayarkən, onların oğurladığı qoyunlardan cəmi 10 başı qalıbmış. Qoyunların yarısı maşının yük yerində qalaraq boğulub, digər yarısını isə oğrular ət şəklində bölüşdürüblər. Hazırda cinayət törədilərkən dəymiş ziyanın məbləği hesablanır.

Qeyd edək ki, ilkin məhkəmə iclasının vaxtı hələlik təyin edilməyib.

Xəbər lenti
0